• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1303
— 08.10.2020 22:39

Suqovuşandan üç rayona suyun verilməsinə başlanılıb

KepezTV Player

Azərbaycan Ordusunun Suqovuşan kəndini düşmən işğalından azad etməsindən sonra Suqovuşan su anbarından suyun buraxılmasına nail olunub. Nəticədə Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi, eyni zamanda ekoloji tarazlıq təmin edilib.Bununla da gələcəkdə əkinlərin davamlı aparılmasına, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə və ekoloji tarazlığın bərpa edilməsinə təminat yaranıb. Bu ərazilərə öz axını ilə suyun verilməsi subartezian quyularının istifadəsinə tələbatın azalmasına və elektrik enerjisinə qənaətə də səbəb olacaq.Suqovuşan su anbarı Tərtər rayonu Suqovuşan kəndi ərazisində Tərtərçay çayı üzərində yerləşir. Ümumi həcmi 5,86 milyon kubmetr olan anbar 28 il ərzində işğal altında olub.