KepezTV Player
İşğalçı ölkənin silahlı qüvvələri yaşayış məntəqələrini və silahsızlaşdırılmış zonaları, habelə mülki əhalini hədəfə almaqla ağır artilleriyadan Ağdam rayonunu müxtəlif istiqamətlərdən atəşə tutub. Baş Prokurorluqdan verilən məlumata görə, rayonun Xındırıstan kəndi ərazisində yaşadığı evə mərmi düşməsi nəticəsində kənd sakini 75 yaşlı Əliyeva Zərifə Qamboy qızı həlak olub. Evə külli miqdarda ziyan dəyib.
- Baxış: 149