• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1331
— 07.10.2020 12:13

Ermənilər BTC-ni "Smerç"lə vurmaq istəyiblər

KepezTV Player

Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə işğalçı ölkənin silahlı qüvvələri ötən gün saat 21 radələrində regionun ən böyük strateji layihəsi, Avropanın enerji təhlükəsizliyi sahəsində mühüm yer tutan Bakı-Tblisi-Ceyhan neft kəmərini hədəfə almaqla kəmərin Yevlax rayon ərazisindən keçən hissəsinə raket zərbələri endirib. Lakin Ordumuzun qətiyyətli tədbirləri nəticəsində həmin terror cəhdinin qarşısı alınıb. Düşmənin atdığı raket kəmərin 10 metrliyinə düşüb. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin əməkdaşı Qadir Namazəliyev bildirib ki, düşmənin atdığı raket "Smerç" tiplidir: "Onun içərisində 300 ədəd bombacıq olur. Bunun 56 ədədi tam təhlükəlidir, yerində qalıb və yerində partlatmaq yolu ilə məhv ediləcək. Bombacığın 2-si düşüb partlayıb. 242 ədədi isə təhlükəsiz olduğu üçün daşınıb, paliqonda partlayış yolu ilə məhv ediləcək". ANAMA əməkdaşları tərəfindən ətrafda əməliyyat-axtarış tədbirləri həyata keçirilir.