KepezTV Player
Bu gün ərzində Azərbaycan Ordusu müəyyən olunmuş istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad etməklə ərazini düşmən qüvvələrdən təmizləyib. Döyüşlərdə ermənilərin xeyli sayda canlı qüvvəsi, hərbi texnikası və digər döyüş vasitələri məhv edilib. Sentyabrın 27-dən oktyabrın 7-si saat 05.30-dək düşmənin 250-dək tank və digər zirehli texnikası; 270-dək artilleriya, yaylım atəşli raket sistemləri, minaatan; 60-dək hava hücumundan müdafiə vasitələri; 11 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi; 8 silah-sursat anbarı; 150-dək avtomobil texnikası; 1 ədəd “S-300” zenit-raket kompleksi məhv olunub. ** Müdafiə Nazirliyi növbəti düşmən texnikalarının məhv edilməsinin videogörüntüsünü yayıb.<br>
- Baxış: 139