• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1745
— 07.10.2020 08:18

Paşinyan BBC-nin sualları qarşısında aciz qalıb

KepezTV Player

Ermənistan baş naziri Nikol Paşinyan BBC əməkdaşı İohan Fişerin sualları qarşısında aciz qalıb. Paşinyan "Qarabağ Ermənistanındır, oranın əhalisinin 80 faizdən çoxunu ermənilər təşkil edib. Problem ondan ibarətdir ki, Azərbaycan ermənilərin orada yaşamasını istəmir. Buna görə də Dağlıq Qarabağa hücumlar edir" kimi təxribatçı bəyanatını təkrar edib. Maraqlıdır ki, Ermənistan baş naziri elə bu bəyanatın ardından "biz güzəştə hazırıq" deyib. Jurnalistin "Hazırkı beynəlxalq qərarlarda  Ermənistanın Dağlıq Qarabağı və ona bitişik əraziləri 25 ildən artıqdır ki işğal etdiyi deyilir.  Beynəlxalq qanunlar, BMT TŞ qətnamələri…" sualına cavabında Paşinyan deyib: "Təəssüf ki, çox adam onları oxumadan istinad edir. Orada Ermənistanın haranısa işğal etdiyi deyilmir". Fişer isə bildirib: "Lakin orada qeyd olunur ki, Qarabağ Azərbaycana məxsusdur. Qətnamələrdə belə deyilir". Paşinyan bu suala cavab verməyib və guya "bu gün Qarabağda ermənilərin təhlükə ilə üz-üzə olmasından" danışıb. "Rusiya Prezidenti Putinlə son danışığınız zamanı Ermənistan ərazisinin vurulacağı təqdirdə Yerevanın Rusiyadan hərbi yardım görəcəyinə dair razılığa gəlmisinizmi?" sualını da Paşinyan cavabsız qoyub və sual ətrafında manipulyasiya etməyə başlayıb.