• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1821
— 07.10.2020 08:21

Livandan Ermənistana muzdluları daşıyan təyyarə yola düşüb

KepezTV Player

Livanın paytaxtı Beyrutdan Ermənistanın paytaxtı Yerevana livanlı muzdluları daşıyan təyyarə yola düşüb. Trend-in məlumatına görə, bu barədə "Info24"ə mənbələr bildiriblər. Onların sözlərinə görə, Ermənistan hakimiyyəti livanlı müzdluları Azərbaycanın işğal olunmuş ərazilərinə göndərmək niyyətindədir.<br>"Airbus A320-232" təyyarəsinin Livandan Ermənistana uçuşu bütün dünyada təyyarələrin hərəkətini izləyən "Flightradar24" portalının məlumatı ilə təsdiqlənir. Mənbələr bildirirlər&nbsp;ki, bu, Ermənistanın Azərbaycana qarşı Yaxın Şərqdən olan muzdlu döyüşçülərdən və terrorçulardan geniş istifadə etdiyinin və bu şəkildə öz real insan itkilərini gizlətdiyinin göstəricisidir.