• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1004
— 06.10.2020 23:06

Bu günün idmançısı sabahın döyüşçüsüdür

KepezTV Player

Cəbhədə düşmənə gözdağı verən Azərbaycan Ordusunun sıralarında dar günündə vətən qarşısında borcunu yerinə yetirən idmançılar da var. Bir müddət öncəyə kimi ölkəmizin adını beynəlxalq arenalarda layiqincə təmsil edənlər indi səngərlərdə torpaqlarımızın bütövlüyü uğrunda vuruşurlar.

İllərdir ki, məşqçilər “bu günün idmançısı gələcəyin döyüşçüsüdür” deyərək yetirmələrini milli vətənpərvərlik ruhunda tərbiyə edib belə günlər üçün hazırlayırdılar. Bu amala xidmət edən əməkdar məşqçi Albert Qəribov idmançıların yarışda rəqibə, döyüş meydanında isə düşmənə tutarlı cavab verməyə qadir olduğunu bildirib.

Məşqçiliklə yanaşı, Albert Qəribov orta məktəbdə gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsində çalışır. O, işlədiyi  22 il müddətində şagirdlərin hərbi biliklərə yiyələnməsi və ordu sıralarına hazırlanması istiqamətində əmək sərf edib və bu gün də eyni məqsəd üçün səy göstərir.

Azərbaycan Ordusuna gücü çatmayan düşmən Dağlıq Qarabağdan və işğal olunmuş digər rayonlarımızdan məsafə baxımından xeyli uzaqda yerləşən yaşayış məntəqələrini hədəfə alaraq atəşə tutur. Təcrübəli mütəxəssis ermənilərin bu addımının yerli sakinləri qorxutmadığını, əksinə ruh yüksəkliyi verdiyini vurğulayıb.

Əməkdar məşqçi bu günə qədər 100-lərlə idmançı hazırlayıb. Bu gün ordu sıralarında xidmətdə olan, vətəni müdafiə edənlər arasında elə onun yetirmələri də var.