• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 996
— 06.10.2020 22:13

Yəhudilərdə güc anlamına gələn Cəbrayıl

KepezTV Player

Ermənilərin dinc sakinləri, mülki əhalini ağır artileriya atəşinə tutması yol verilməzdir və bu insanlığıa qarşı bir cinayətdir. Gəncədə yaşayan yahudi əsilli vətəndaşlarımız bu fikirdədirlər. Tolerant bir ölkədə, dinc şəraitdə yaşayanlar bunu sülhsevər Azərbaycanın nümayiş etdirdiyi xoşməramlı niyyət kimi dəyərləndirirlər.

Arif Babayev Gəncə şəhəri Yəhudi Dini İcmasının sədri: Gəncədə mən heç vaxt hiss etməmişəm ki, Azərbaycan qardaşları ilə Yəhudi qardaşları arasında nə isə bir münasibət pozulsun. Həmişə qardaşlıq münasibətində yaşamışıq. Bir-birimizin evinə gedib gəlmişik, dostlarımız var.

Bu dostluğun tarixi çox qədimlərə söykənir. Gəncədə 200 ildən artıqdır ki, yaşayan yəhudilər öz adət-ənələrini yaşatmaqla bizim də milli dəyərlərə hörmət nümayiş etdiriblər. Bu müddətdə xalqlar arasında formalaşan isti münasibətlər tolerant mühitin yaratdığı imkanlardan irəli gəlib. Odur ki, yəhudilər cəbhədə baş verən erməni təxribatını pisləməklə mülki insanların, yaşayış məntəqələrinin artileriya atəşinə tutmasını pisləyir.

Arif Babayev Gəncə şəhəri Yəhudi Dini İcmasının sədri:  Ermənilərin Gəncə şəhərinə təcavüzünü pis qiymətləndirirəm. Biz özümüz də Gəncədə yaşıyırıq. Bu onların Azərbaycan xalqına etdiyi təcavüzdür. Bu heç bir konstitusiyaya aid deyil. Onlar bu tərəfdən istifadə edir çünki onlar Qarabağda uduzublar.  Bizim hamımız elə mənim özüm də vuruşmağa hazıram. İnanın ki, bunu ürəkdən deyirəm.  Biz çox sevindik ki, Cəbrayıl rayonu onun doqquz kəndi alındı. Qədim Yəhudilərdə Cəbrayıl sözü güc demədkir,  el gücü vətən gücü deməkdir. Mən bütün əsgərləri bu münasibətlə təbrik edirəm

82 yaşlı Akif Abbasov da həmişə yahudilərə olan tolerant münasibətdən danışır. Bütün xalqların nümayəndələri kimi yəhudilər də  dövlətin qayğısı ilə əhatələnib. Bunun müqabilində ermənilərin nümayiş etdirdiklərini barbarlıq adlandılran Akif Abbasov mülki insanların hədəf almasını yoverilməz hesab edir.

Akif Abbasov Gəncə şəhəri Yəhudi Dini İcmasının üzvü: Mən bu ermənilərin Gəncəni atəşə tutmasını pisləyirəm.Onlar insanlığa qarşı böyük cinayət edirlər.Ermənilərin bir məqsədi var təxribat, Azərbaycan qarşı ziyan vursunlar, xalqlar arasında iltifat yaratsınlar. Xalqları bir-birinə düşmən etsinlər. Bunların məqsədi bdudur.

Gəncədə 200-dən artıq yəhudi yaşıyır və müxtəlif peşələrdə çalışırlar.

Elnur Vahidoğlu