• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1012
— 06.10.2020 22:06

Ermənilər Goranboya qadağan olunmuş mərmilər atıb

KepezTV Player

Oktyabrın 4-5-də Ermənistan silahlı qüvvələri tərəfindən Goranboy rayonu ərazisində dinc sakinlərə qarşı beynəlxalq konvensiyalarla qadağan olunmuş 4 ədəd kaset sursatı atılıb və ətrafa mərmi qalıqları səpələnib. Nəticədə Goranboy rayonu Qızılhacılı kənd sakini həlak olub. Bu barədə Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik məlumat yayıb.Bildirilib ki, ANAMA mütəxəssisləri tərəfindən aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 144 ədəd partlamış “9N235” bombacıqları, həmçinin 300 ədəd partlamamış “M85” bombacıqları aşkar olunub. Qeyd olunan bombacıqlar “Kaset Sursatlar haqqında konvensiyaya” uyğun olaraq 2008-ci ildə qadağan olunmuş sursatlar sinfinə daxil edilib.