• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 909
— 06.10.2020 12:10

Köhnə Qışlaqda qələbəlikdir

KepezTV Player

Ermənistan silahlı qüvvələri tərəfindən vaxtaşırı atəşə tutulan yaşayış məntəqlərindən biri də Ağstafanın Köhnə Qışlaq kəndidir. Düşmənin təxribatlarından çəkinməyən yerli sakinlər bu günədək kəndi tərk etməyiblər. Son günlər Azərbaycan ordusunun qələbələri isə sərhəd kəndinin sakinlərini sevindirməyə bilməz.

Təmas xəttinə yaxın mövqedə yerləşən Ağstafanın Köhnə Qışlaq kəndində sakinlər gündəlik həyat qayğıları ilə məşğuldurlar. Düşmən tərəfindən kəndin mütəmadi olaraq atəşə tutulması yerli sakinləri heç də narahat etmir. Onlar güclü Azərbaycan ordusuna güvənərək öz həyat qayğıları ilə məşğul olurlar.

Şahin Alırzayev - kənd sakini: Dəfələrlə kəndimiz güllə-boran olubdur. Amma heç kəs kənddən çıxmayıb. Yəni öz işimizlə gücümüzlə məşğul oluruq.

Ümid Əsgərov - kənd sakini: Sərhəd kəndi olmasına baxmayaraq biz heç yerə getmirik. Gedəsi də deyilik. Heç o bizim ağlımızdan belə keçmir. Mənfur düşmən nə qədər dinc əhalimzə atəş açırsa evlərimizi dağıdırsa biz qaçası deyilik. Hər bir kəs bu düşüncədədir. Hamının ailəsi uşağı bu kənddə yaşayır.

Son günlər Azərbaycan ordusunun cəbəhədə qazandığı uğurlar, işğal altında olan kənd və şəhərlərin bir qisminin azad olunması Köhnə Qışlaq sakinləri tərəfindən də sevinclə qarşılanıb. Azərbaycan orudusunun gücünə və qüdrətinə inanan kəndlilər qələbə gününün uzaqda olamdığına əmindirlər.

Pakizə Namazova - kənd sakini: Ümid edirik inaşallah tezliklə torpaqlarımız alınar. Bayrağımız Qarabağda sancılar. Bu irəlləyişlərə görə çox sevinirk. Hər dəqiqə izləyirik. Ordumuz irəlləyir. Həmişə hər an ordumuzla dövlətimizlə bir yerdəyik.

Şahin Alırzayev - kənd sakini: Şanlı ordumuz günbəgün irəlləyir. Biz orumduzun hər dəqiqə yanındayıq. Biz də gedə bilərik. İnşallah bayrağımız Şuşada, Kəlbəcərdə sancılar. Biz bu sevinci gedib orada keçirərik.

Köhnə Qışlaqlılar indi hər gün mərmi atəşinə məruz qalan kənd və şəhərlərin sakinlərinin yanındadırlar. Deyirlər ki, ordumuza hərtərəfli dəstəyimiz mülki əhalidən də yan deyil.