• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 670
— 04.10.2020 19:25

Baş konsul Ermənistanın növbəti təxribatından danışdı

KepezTV Player

İşğal etdiyi Azərbaycan torpaqlarında məğlubiyyətlə üzləşən Ermənistan bu hücumları ilə başda Cenevrə Konvensiyaları olmaqla, beynəlxalq hüququn bütün tələblərini pozur.  Türkiyəinin Gəncədəki baş konsulu Zəki Öztürk bu hücumları Ermənistanın insanlığa qarşı törətdiyi cinayətlərin sübutu kimi səciyələndirib. Deyib ki, Türkiyə beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində mübarizə aparan qardaş Azərbaycanı dəstəkləyir.

Zəki Öztürk Türkiyənin Gəncədəki Baş konsulu:Davanın yeri bu bölgə deyil. Davanın olduğu yer Qarabağ torpaqlarıdır və mücadilənin də orada olmalıdır. Ermənistan tərəfindən belə bir addım atması davanın başqa yerlərə yayılmasına yönəlməsinin göstəricisidir. Azərbaycan bu təxribatlara Qarabağda mütləq cavab verəcək. Bu gün sabah yaralanan Azərbaycanlı qardaşlarımıza şəfa diləyirik və Gəncəmizə də keçmiş olsun diləklərimizi çatdırırıq.

Zəki Öztürk Ermənistan tərəfinin Türkiyənin Azərbaycana hərbi yardım göstərməsi kimi səsləndirdiyi iddialrı da əsassız adlandırıb. Azərbaycanın güclü dövlət olduğunu və ordusunun maddi-texniki imkanlarının müharibədə qələbə qazanmağa imkan verdiyini önə çəkib.

Zəki Öztürk Türkiyənin Gəncədəki Baş konsulu: Qarabağda davam edən işğaldan azadetmə davasında Azərbaycanın Türkiyəyə bir ehtiyacı yoxdur. Azərbaycanın gücü bu işğalı sona çatdırmağa yetəcək. Təbii ki biz qardaş ölkə olaraq bir millət, iki dövlət kimi daim Azərbaycanın dəfələrlə elan edilmiş haqlı davasının yanındayıq. Hər vaxtda yanında olacağıq.

Baş konsul bu gün Cəbaryılın işğaldan azad olunması münaisbəti ilə sevindiklərini, tezliklə digər torpalqarın da azad olunacağına əmin olduqlarını söyləyib.