• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 961
— 04.10.2020 19:19

Əhali arasında ruh yüksəkliyi var

KepezTV Player

Düşmən tərəfdən hədəfə alınan Gəncədə həyat öz axarı ilə davam edir. Endirilən artileriya zərbələri sakinlərdə qorxu və təşviş yaratmayıb.

Ermənistan silahlı qüvvələri bu gün səhər saatlarından başlıyaraq Respublikanın ikinci böyük şəhəri Gəncəni ağır artileriya atəşinə tutdu. Ancaq buna baxmayaraq şəhər sakinləri öz işlərindədir.

Kimisi işdən evə gedir, kimisi mağazadan qayıdır, kimisi də dayanacaqda ictimai nəqliyyatı gözləyir. Bu Gəncədə endirilən raket zərbələrindən sonra müşahidə olunan mənzərədir. Görünən odur ki, şəhərdə həyat öz axarı ilə davam edir. Ermənistanın  təxribatına  ordumuzun layiqli cavab verdiyinə inanan Gəncə sakinlərinin əhval-ruhiyyəsi yüksəkdir.

Şəhər sakinləri qüdrətli Azərbaycan ordusunun gücünə, dövlətin qətiyyəti və iradəsinə inanır. Tezliklə işğal altında olan torpaqlarımızın azad olunacağı günü səbirsizliklə gözləyir. Bu sevinci Azərbaycan əsgərinin yaşadacağı günün uzada olmadığı birmənalıdır. Gəncə sakinləri Azərbaycanın digər bölgələrinin vətəndaşları kimi güclü və məğrurdur.

Elnur Vahidoğlu