KepezTV Player
Bu gün səhər saatlarında Ermənistan ərazisindən ölkəmizin ikinci böyük şəhəri olan və döyüş bölgəsindən tam kənarda yerləşən Gəncənin raket zərbələrinə məruz qalması nəticəsində yaşayış evlərinə və tarixi abidələrə ciddi ziyan dəyib. İlkin məlumata əsasən, əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən bir ünvanda yanğının qarşısı alınıb. Üç ünvanda isə dağıntıların aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görülür. Dağıntılar altından xəsarət alan iki nəfər xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
- Baxış: 243