• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1579
— 04.10.2020 13:25

Baş Prokurorluq da Gəncənin atəşə tutulması ilə bağlı məlumat yayıb

KepezTV Player

Baş Prokurorluq da Gəncənin atəşə tutulması ilə bağlı məlumat yayıb.Hazırda işğalçı ölkənin silahlı qüvvələri bu gün saat 10 radələrindən başlayaraq Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinin mülki əhalisinin sıx yaşadığı məntəqələri ağır artilleriyadan atəşə tutur.