• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1528
— 04.10.2020 12:59

Gəncə atəşə tutulub, adekvat tədbirlər görülür

KepezTV Player

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Gəncə şəhərinə Ermənistan ərazisindən raketlər atılıb. Prezidentin köməkçisi, Prezident Administrasiyasının şöbə müdiri Hikmət Hacıyev deyib ki, Azərbaycan mülki şəxsləri müdafiə etmək və Ermənistanı sülhə məcbur etmək üçün legitim hərbi hədəflərə qarşı tədbirlər görmək hüququnu saxlayır. "4 yeni raket Gəncəyə düşüb", - deyə Hikmət Hacıyev Tvitterdə yazıb. Son günlər ərzində Ermənistan tərəfindən insanların sıx şəkildə yaşadığı Azərbaycanın yaşayış məntəqələrinə 10.000-dən artıq müxtəlif növ mərmi və raket atılmışdır. 500-dən çox fərdi yaşayış evi tam dağılıb və ya ciddi ziyan dəyib.