• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 735
— 03.10.2020 20:20

Veteran döyüşçü orduya inamını ifadə edir

KepezTV Player

Müharibə veteranlarının şərəfli ömür, qəhrəmanlıqla dolu döyüş yolu gənclərə əsl nümunədir. Və onların haqq yolu indiki nəsil tərəfindən layiqincə davam etdirilir. Ordumuz illər boyu həsrətində olduğumuz zəfər yürüşünün sevincini xalqımıza yaşadır.

2-ci qrup Qarabağ müharibəsi əlili olan Təhməz Məmmədov 1992-ci ildə könüllü olaraq Milli Orduya yazılıb. Göygöl batalyonun tərkibində döyüşlərdə iştirak edib. Müharibənin hər üzünü, bütün çətinliklərini görüb.

63 yaşlı Qarabağ müharibəsi veteranı bu gün də ehtiyac olacağı təqdirdə döyüşlərə atılmağa hazır olduğu bildirib.

Təhməz Məmmədov 1992-ci ildə Ağdərə uğrunda gedən döyüşlərdə yaralanıb. Acı təsadüfdən oğlu Rauf Məmmədov da atəşkəs dövründə hərbi xidmətdə olarkən məhz Ağdərədə düşmən gülləsinə tuş gələrək xəsarət alıb.