• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1828
— 03.10.2020 09:58

Türkiyədə Polad Həşimovun adına küçə olacaq

KepezTV Player

Türkiyənin Elazıg vilayətinin Keban şəhərində küçələrdən birinə Azərbaycan Ordusunun şəhid generalı Polad Həşimovun adı veriləcək. “Haberturk”ün məlumatına görə, Kebanın bələdiyyə sədri Fəthiyə Atlının rəhbərliyi ilə keçirilən iclasla bununla bağlı qərar qəbul edilib. “Axıtdıqları qan və fəda etdikləri canları ilə torpağı vətən edən şəhidlərimizi, bütün qəhrəmanlarımızı hörmət və minnətdarlıqla yad edirik. Yerləri cənnət olsun”, - deyə bələdiyyənin təsdiq etdiyi sənəddə vurğulanıb.