• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1513
— 03.10.2020 10:11

Düşmənin məhv edilən döyüş texnikaları

KepezTV Player

Azərbaycan Ordusu müəyyən olunmuş istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad etməklə ərazini düşmən qüvvələrindən təmizləyib. Müdafiə Nazirliyinin məlumatına görə, düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi və digər döyüş texnikası məhv edilib. Sentyabrın 27-dən oktyabrın 2-si saat 20.00-dək işğalçı ordunun 230-dək tank və digər zirehli texnikası; 250 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan; 38 ədəd hava hücumundan müdafiə vasitələri; 10 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi; 7 silah-sursat anbarı; 130-dan artıq avtomobil texnikası; 1 ədəd “S-300” zenit-raket kompleksi.