• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1458
— 03.10.2020 12:16

Komendant saatının tələbləri polisin nəzarətində

KepezTV Player

Sentyabrın 28-dən tətbiq edilən komendant saatının tələbləri Gəncədə də icra olunur. Hər gün axşam 9-dan səhər 6-dək hərbi vəziyyət şəraitində xidmət aparan polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları avtomobil və piyadaları xüsusi nəzarətdə saxlayır. Əməkdaşımız Natiq Hüseyn ötən gecə Gəncə küçələrində asayiş keşikçiləri ilə bargə xidmədə olub, sujeti izləyək.  

Bu şəxs firmada çalışdığını əsas gətirərək komendant saatının tələblərini pozmadığını iddia edir. Ancaq yoxlamalar zamanı onun xüsusi icazə müddətinin bir neçə gün əvvəl bitidiyi məkum olub.

Gəncə şəhərinin müxtəlif ərazilərində qurulan polis postlarında avtomobillər bir qayda olaraq saxlanılaraq sürücü və sərnişinlərin sənədi yoxlanılır. Bundan başqa, avtomobillərin yük yerinə də baxış keçirilir.

Eşqin Qasımov - DİN-in mətbuat xidmətinin əməkdaşı: Sakinlər mümkün qədər şəhər ərazisində gəzməməyə çalışırlar. Çox az bir qism var ki, onlar barəsində də polis əməkdaşları qanuna müvafiq tədbirlər görərək ya xəbərdarlıq edir və yaxudda onlar barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilir.

Şəhər ərazisində təkcə avtomobillər deyil, həm də piyadaların da sənədləri yoxlanılır. İcazəsi olmayan şəxslər polis bölməsinə aparılır. Yoxlamalar zamanı komendant saatı rejiminin qaydalarına uyğun olaraq xüsusi icazəsi olanlara da rast gəlinib.

Gəncə şəhərində hazırda komendant saatının tətbiq olunduğu növbəti günlərdən biri yaşanır. Bu səbəbdəndə şəhərdə sakitlik hökm sürür. Yalnız bir neçə avtomobil gözə dəyir ki, bunlar da polis əməkdaşları tərəfindən yoxlandıqdan sonra xüsusi icazəsinin olduğu müəyən edilib.

Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları qadağan edilib.

 

Natiq Hüseyn