• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1535
— 01.10.2020 22:18

"Qarabağ" ölüm-dirim savaşına çıxır

KepezTV Player

Bu gün Qarabağın taleyi həll olunur. Həm döyüş, həm də futbol meydanında. Rəşadətli ordumuz cəbhədə vuruşarkən Qarabağ adını dünyada tanıtdıran işğal altında olan Ağdamın "Qarabağ" futbol klubu növbəti sınağına çıxır. Qurban Qurbanovun komandası bu gün Bakı vaxtı ilə saat 22:00-da UEFA Avropa Liqasının pley-off mərhələsində Polşada “Legiya” ilə qarşılaşacaq.

“Qarabağ”ın sabiq futbolçusu Firuz Qulami əslində bütün azərbaycanlıların düşündüklərini dilə gətirir.

Son günlər cəbhə xəttində yaşanan hadisələr Qarabağ adını önə çıxarır. Və bu, klub “Qarabağ”ın üzərinə böyük məsuliyyət qoymaqla mübarizə əzmini daha da artırır.

Çətin günlərdə birləşdiyimiz, həmrəylik göstərdiyimiz kimi “Qarabağ”a azarkeşlik məsələsində birlik nümayiş olunur.

“Qarabağ” bu vaxta kimi 6 dəfə qitəmiqyaslı turnirlərin qrup mərhələsində iştirak edib. İndiki sınaq klub və ölkəmiz üçün çox vacibdir. Döyüş meydanındakı qələbəni  futbol meydanına daşımalıyıq. Elə cəbhədə baş verənlər də “Qarabağ” klubunda ruh yüksəkliyi yaradıb. Komandanın futbolçusu Qara Qarayevin doğma yurdu Füzulinin Horadiz kəndinin işğaldan azad olması onun timsalında klubun bütün üzvlərinin də motivasiyasına təsir edib. Qələbə bizimlədir, bu gün də, sabah da!