• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1399
— 01.10.2020 16:47

Cocuq Mərcanlı atəşə tutulub, evlərə ziyan dəyib

Təcavüzkar Ermənistanın silahlı qüvvələri əhalinin kompakt olduğu məntəqələri - rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini – yaşayış evləri, xəstəxanalar, tibb məntəqələri, məktəblər, uşaq bağçaları, dövlət qurumlarının inzibati binaları, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.Baş Prokurorluğun məlumatına görə, işğalçı ordunun Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin yaşayış evlərini intensiv atəşə tutması nəticəsində çoxsaylı evlərə külli miqdarda ziyan dəyib.