• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2159
— 01.10.2020 14:38

Ermənilərin atəşi nəticəsində Ağdamda ata və oğlu həlak olub

Tərtərdə çörək sexi dağıdılıb

Ermənilərin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində daha iki mülki şəxs ölüb. Bu gün saat 13 radələrində Ağdam rayonu, Hacıməmmədli kəndində yaşadıqları evə düşən top mərmisinin qəlpələrindən 54 yaşlı Məmmədov Mürsəl Rəsul oğlu və onun 26 yaşlı oğlu Samir Məmmədov həlak olub, yaşadıqları evə külli miqdarda ziyan dəyib. Baş prokurorluğun məlumatına görə, faktla bağlı cinayət işi açılıb.

Xəbər verdiyimiz kimi, Ermənistan ordusu ağır artilleriyadan istifadə etməklə Tərtərin yaşayış məntəqələrini atəşə tutub. Düşmənin atdığı mərmilərdən biri Tərtər şəhəri Heydər Əliyev prospektində yerləşən çörək sexinin yanına düşüb. Nəticədə çörək sexi dağılıb.