• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2176
— 01.10.2020 12:30

Donald Gerye "Qarabağ"a qoşuldu

"Qarabağ"ın futbolçusu Donald Gerye UEFA Avropa Liqasında pley-off mərhələsinin "Legiya" ilə oyunu üçün Polşaya yollanıb. Bu barədə haitili yarımmüdafiəçi özü açıqlama verib.31 yaşlı oyunçu Bakıdan İstanbula, oradan isə Varşavaya uçub və artıq Polşa paytaxtındadır. Gerye pasport probleminə görə komanda ilə səfərə yollana bilməmişdi. Futbolçu problemin həllində Haiti prezidentinin ona yaxından kömək etdiyini bildirib. Bu gün keçiriləcək "Legiya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.