• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 943
— 01.10.2020 12:27

Direktor olmaq istəyənlərə müraciət

Təhsil Nazirliyi direktorların işə qəbulu müsabiqəsində iştirak etmək istəyən namizədlərə müraciət edib. Ölkədəki mövcud vəziyyət və internetə çıxış imkanlarına məhdudiyyət qoyulması ilə əlaqədar direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə elektron qeydiyyat zamanı problemlə qarşılaşan namizədlərə texniki dəstək göstəriləcək.

Namizədlərin İnsan resursları şöbəsinin 070 248 19 92 mobil əlaqə nömrəsinə zəng edərək məlumatlarını bildirməkləri kifayətdir. Həmin şəxslərin məlumatları araşdırılaraq elektron qeydiyyat prosesi həyata keçiriləcək və direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə iştirakları təmin olunacaq.