• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1818
— 01.10.2020 12:25

Sərhəd kəndində gündəlik həyat

KepezTV Player

İyulda Ermənistanın Azərbaycanla Tovuz sərhədi istiqamətində törətdiyi təxribatdan sonra rayonun Ağdam və Dondar Quşçu kəndlərində həyat davam edir. Döyüşlər getdiyi dövrdə olduğu kimi ev-eşiyini tərk etməyən yerli sakinlər indinin özündə də Azərbaycan ordusuna güvənərək gündəlik həyat tərzini davam etdirirlər. Kəndlərdə eləcə də erməni təxribatı nəticəsində zərər görən evlərin bərpası da aparılır. Əməkdaşlarımız Tovuzun Ağdam kəndindən reportaj hazırlayıb, materialı təqdim edirik.

Ermənistanın iyul təxribatı zamanı Tovuz rayonunun müxtəlif kəndlərində dinc əhaliyə məxsus 35 ev və yardımçı tikili, habelə vətəndaşların şəxsi əmlakına və əkin sahələrinə müxtəlif dərəcədə ziyan dəyib. İntensiv atəş nəticəsində dövlət əmlakı da zərər çəkib. Bu, əsasən kəndlərə çəkilən qaz boruları, elektrik naqilləri, sosial və rabitə infrastrukturudur. Dəyən ziyanın aradan qaldırılması üçün ardıcıl tədbirlər görülür. Düşmən təxribatı zamanı daha çox zərər çəkən Ağdam kəndində evlər və sosial obyektlərin bərpası aparılır.

Zərnişan Gözəlova zərərçəkən:Ağdam kənd sakiniyəm. 12 iyul tarixində Ermənilər tərəfindən kəndimizi atəşə tutuldu. Evimiz güllə-boran oldu. 14 iyulda mərmi nəticəsində atam Əzizov Əziz İzzət oğlu həlak oldu. Bizim mərmi düşən evimiz sökülüb, hazırda dövlətimiz tərəfindən yeni ev tikilir. Bizim kəndimiz hamısı öz evindədir.

Son günlər bütün cəhbə boyu Ermənistan silahlı qüvvləri tərəfindən törədilən növbəti təxribatına ölkəmizin silahlı qüvvələri tərəfindən layiqli cavab verilməsi və başlanan əks-hücum əməliyyatları Ağdam sakinlərini də sevindirir. Sərhədlərimizin bütövlüyü uğrunda 2 milli qəhrəmanı və 15 şəhidi olan kənddə kiçikdən-böyüyə hamı əmindir. Əmindir ki, ordumuzun mübariz yürüşü Qarabağın işğaldan azad edilməsini şərtləndirəcək.

Qələndər Məmmədov Ağdam kənd sakini: Mən 80 yaşında olan bir ağsaqqal kimi öz kəndimizi, elimizi, obamızı qoyub heç bir yerə getməmişik. Prezidentimizin ətrafında birləşirik ordumuza güvənirik. Qüdrətli və tükənməz ordumuz var. Bizim ordumuz həmişə qələbə çalacaq.

Hazırda Ağdam kəndidnə həyat öz axarı ilə davam edir. Sakinlər fərdi təsərrüfatlarında əkin-biçinlə məşğuldur, mal-qaralarını bəsləyirlər. Hazırda mövsüm olduğundan bağlarda bar verən meyvələrin dərimi aparılır.

Nəsif Əhmədov Ağdam kənd sakini: Atəş altında öz təsərrüfatımızı qurmağa çalışırıq. Kənddə öz gələcəyimizi qurmağa çalşırıq. Yüksək əhval ruhiyyədə mal-qaramıza baxırıq. Belə də davam edəcəyik.

Vaqif Sadıqov Ağdam kənd sakini: Şükür Allaha meyvənin yığım vaxtıdır. Kartofumuzu çıxartmışıq. Qarğıdalımızı becərmişik yığımışıq. İndi meyvə bağında meyvəmizi yığırıq. Məhsulumuz gözəldir. Allah ordumuza yar olsun.

Sərhədyanı kəndlərdə şagirdlərlərin təhsildən yayınması da müşahidə edilmir. Məktəblərdə gündəlik dərslər şəraitə uyğun olaraq tərtib edilən qrafik əsasında aparılır.