• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1467
— 01.10.2020 12:20

Düşmən atəşindən iki ev yararsız hala düşüb

Ötən gün axşam saatlarından Ermənistan ordusu Goranboy rayonunun Tapqaraqoyunlu kəndini iriçaplı silahlardan atəşə tutmağa başlayıb. Nəticədə kənd sakinləri Bayram Binnətov və Səbinə Qarayevaya məxsus evlərə mərmi düşüb. Hər iki evə ciddi ziyan dəyib. Ev sahibləri həmin vaxt evdə olmadığından xəsarət alan və ölən olmayıb.