• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1936
— 30.09.2020 20:06

Anar Eyvazov Silahlı Qüvvələrimizin növbəti uğurlarını açıqlayıb

KepezTV Player

Bu gün Ağdərə istiqamətində gedən döyüşlər zamanı Ermənistan ordusunun darmadağın edilən 6-cı dağ atıcı alayına köməyə gələn 193-cü əlahiddə həmlə taborunun döyüş bayrağı və sənədləri ələ keçirilib. Cəbhənin müxtəlif istiqamətlərində düşmənin 1 ədəd “Uraqan” yaylım atəşli reaktiv sistemi, 1 ədəd “OSA” zenit-raket kompleksi, 3 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 1 ədəd piyadanın döyüş maşını və 2 ədəd D-20 haubitsa-topu məhv edilib. İşğal olunan torpaqlarımızın azad edilməsi uğrunda Azərbaycan ordusunun qətiyyətli əks-hücum əməliyyatı davam edir. Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov Silahlı Qüvvələrimizin növbəti uğurlarını açıqlayıb.