• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1502
— 30.09.2020 16:19

“Tanrıdan diləyim” marşı

KepezTV Player

Ulu tanrım, gözəl tanrım göy tanrım Hünərlini, qəhrəmanı öy tanrım Qoru Türkü, qoru torpaqlarını Qoru mənliyini qoru arını! Döyüşə səslənən bu şerə Gəncəli bəstəkar musiqi bəstələyərək marş yazıb. Bir neçə günə vətənpərvərlik ruhunda bəstələnən əsərin lentə alınaraq yayılması nəzərdə tutulur.
 

Gəncə şəhər Bəstəkarlar İttifaqının Sədri Məmməd Cəfərov sözləri Nəsibə İsrafilqızına məxsus "Tanrıdan diləyim” adlı marş bəstələyib. Bəstəkarın nota köçürdüyü əsər sentyabırın 27-də işğalçı erminlərin torpaqlarımıza hücumuna qarşı qəhrəmancasına vuruşan, igidlik göstərən Azərbaycan əsgərinə iltihaf olunur. 3 dəqiqəlik bu marşda cəmiyyətə çağırış da yer alır.

Məmməd Cəfərov - bəstəkar: Bizim musiqimizin xarakteri dəyişir. Biz bu gün qələbəyə doğru, döyüşə doğru musiqilər yazmalıyıq. Biz hansısa xalqı öldürmürük, biz bizə qarşı duran hərbiçilərə qarşıyıq. Türklər həmişə tanrıdan diliyiblər. Ulu Çingizxandan başlamış, Teymurxan indiyə kimi ulu tanrıdan güc almışıq.Tanrı haqqı sevir. Ona görədə biz torpaqlarımız qoruyuruq. Hər dövrün öz musiqisi var. Demək olmaz ki, keçmişdə yazmışam daha bəsdir. Axı bizim şəhidlər var, bizim qəhrəmanlarımız var. Ona görədə bizim musiqilərdə olmalıdır. Bu gün ən gözəl musiqini, ən gözəl şeri səngərdə döyüşən əsgərlər yazır.

Marşı pianinoda bəstəkarın özü ifanı isə Milli Konservatoriyanın vakal üzrə birinci kurs tələbəsi Günel Hacıyava səsləndirib. Kamaçada isə həmin təhsil müəsisəsinin dördüncü kurs tələbəsi Gəncə Dövlət Filarmoniyasının Orkestr artisti Atlas Süleymanova ifa edib. Bu marşı ərsəyə gətirmək üçün kollektiv üç gün gecə gündüz çalışıb.

Atlas Süleymanova - kamança ifaçısı: Mənlə əlaqə saxladı və dedi ki, belə bir əsər var. Təbii ki, mən də əsgərlərimiz üçün əlimdən gələni əsirgəmirəm. Belə bir mənəvi dəstək xalqımız üçün lazımdı, əlimizdən gələni də əsirgəmiyəcəyik. Bu da çox gözəl bir əsərdi. Çalışdıq ki, gözəl şəkildə ortaya çıxardaq. Hərə bir cür əlindən gələni əsirgəmir, mən də çalışıram ki, çalğımla ifalarımızı paylaşdıq.

Günel Hacıyeva - vokalist: Vokalist kimi təbii ki, bir qürur hissi keçirirəm. Vətənpərlik ruhunda çox mahnılar ifa etmişəm lakin indiki vəziyyətdən asılı olaraq, əsgərlərimizə dəstək məqsədi ilə biz də mənəvi cəhətdən dəstək olmağa çalışırıq. Əlbəttə ki, qürur hissi keçirirəm.

Bəstəkar bundan öncə xor və zərb alətləri üçün sözləri Nəsibə İsrafilqızına aid olan şəhid genralımız Polad Həşimova həsr olunan "Nər oğlum" adlı kantata da yazıb. Bu musiqi Gəncə Musiqi Kollecinin xor kollektivi oxuyaraq və lentə alınıb. Hazırda bəstəkar yeni vətənpərvərlik ruhunda bəstələrin üzərində də çalışır.

Elnur Vahidoğlu