• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1972
— 30.09.2020 16:13

Ermənilərin atdığı mərmi nəticəsində baş verən yanğınlar söndürülüb

KepezTV Player

Ötən gün düşmənin atdığı mərmilər nəticəsində Tərtərin Şıxarx qəsəbəsində transformatorda yanğın olub. Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələrinin operativ müdaxiləsi sayəsində alov söndürülüb. Ağdamın Əhmədağalı kəndində düşmən mərmisinin düşməsi nəticəsində vətəndaşa məxsus təsərrüfat obyektində yanğın baş verib, obyektin bir hissəsi və bitişik ev alovdan mühafizə olunub. Rayonun Baharlı-1 qəsəbəsində vətəndaşa məxsus təsərrüfat obyektində baş verən yanğın da söndürülüb. Həmçinin Ağdamın Əhmədağalı, Çəmənli, Sarıcalı kəndlərində fərdi evlər və təsərrüfat obyektlərində, Tərtərin Əskipara kəndində təsərrüfat obyektlərində yanğınlar olub. Bu ərazilər intensiv atəşə məruz qaldığından yanğınlara müdaxilə etmək mümkün olmayıb. Baharlı-1 qəsəbəsində mərmi atılması nəticəsində evdə dağıntı olsa da yanğın baş verməyib.