• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1650
— 30.09.2020 16:15

Erməni təxribatı nəticəsində 14 mülki şəxs həlak olub

KepezTV Player

Ermənistan silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 46 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 14 nəfər isə həlak olub. Baş Prokurorluğun məlumatına görə, düşmən atəşi nəticəsində 116 evə, həmçinin, 26 mülki obyektə zərər dəyib. Tərtər şəhərində Xalça-toxuculuq fabriki, 2 saylı məktəb-lisey, rayonun Şıxarx qəsəbəsində orta məktəb, Azad Qaraqoyunlu kəndində Pambıq zavodu, Qapanlı kəndində tibb məntəqəsi, Ağdamın Təzəkənd kəndində modul tipli məktəbə külli miqdarda ziyan vurulub. Dinc sakinlərə məxsus nəqliyyat vasitələri yararsız vəziyyətə düşüb, çoxsaylı xırda və iribuynuzlu heyvanlar tələf olub.