• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2297
— 30.09.2020 12:05

Kortəbii edilən fitoterapiya

KepezTV Player

Bitki çayları müalicəvi xüsusiyyətlərə malik olan, amma bununla yanaşı bir sıra əlavə təsirləri də müşahidə edilən içkilərdir. Elə bu səbəbdən dolayı onlardan istifadə hamı üçün eyni dərəcədə yararlı sayıla bilməz. Düzdü, otlar vasitəsilə müalicə hələ qədimdən elmə məlumdur. Amma bu işlə kortəbii məşğul olmaq sağlamlığımıza ciddi zərər vura bilər.

Son zamanlar təbii müalicə metodlarına üstünlük verənlərin çoxalması bitki çaylarına olan təlabatı birə-beş artırıb. İndi şəhərin demək olar ki, bütün əczaxanlarında müxtəlif çeşiddə bitki çayları satılır və insanlar onlardan müxtəlif xəstəliklərin müalicəsində istifadə edirlər. Amma bu zaman arzuolunan faydanı əldə etmək üçün mütləq şəkildə 1 nüansa diqqət etmək lazımdır. Bu bitki çaylarını düzgün və məlumatlı şəkildə istifadə etdiyimiz halda faydasını görə bilərik.

Bitki çayları daha dəqiq desək, dərman bitkiləri ilə müalicə metoduna təbabətdə fitoterapiya deyilir. Kimyəvi dərman preparatları ilə müqayisədə onların dəmləməsi orqanizmə daha aşağı səviyyədə təsir edir.

Hazırda aptek sistemində dərman bitkilərinin satışı paket və açıq ot formasında olmaqla, iki cür həyata keçirilir. Asan və tez başa gədiyi üçün paket halında satılan bitki çaylarına daha çox üstünlük verilir. Amma bəzən kortəbii şəkildə.

Mütəxəssislər yekdilliklə təmizlik dərəcəsi və tərkibinə əmin olmadığımız, pərakəndə satılan ot bitkilərindən istifadə etməyi tövsiyyə etmirlər.

Bitki çaylarından istifadə müəyyən qrup insanlar üçün xüsusən riskli hesab olunur.

Hazırda bitki çayları içərisində çobanyastığı, adaçayı, palıd qabığı, solmaz çiçəyi və zəncəfil daha populyardır. Bunlar əksəriyyət tərəfindən bəyənilir və hər nə qədər doğru olmasa belə, reseptsiz istifadə edilir.