• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1683
— 30.09.2020 12:06

Solovyov efirdə biabır oldu

KepezTV Player

Ermənipərəst rus aparıcı Vladimir Solovyov Youtube kanalı ilə efirə canlı verilən “Соловьев Live” verilişində pis vəziyyətə düşüb. Bir neçə gündür Dağlıq Qarabağda gedən hərbi əməliyyatlara toxunan aparıcı işğalçı Ermənistanın tərəfində olduğunu açıq-aşkar büruzə verib. O, ermənilərin hərbi komissarlıqların önündə toplaşaraq, guya böyük ruh yüksəkliyi ilə cəbhəyə yollandıqlarına dair süjet göstərmək istəyib. Lakin efirə Azərbaycanda hərbi komissarlıqlardan birinin önündə çəkilən görüntülər gedib. Azərbaycan bayrağını görəndə şoka düşən Solovyov hiddətindən əməkdaşlarını təhqir edib.