• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1060
— 30.09.2020 10:11

Tərtərdə 7 mülki şəxs yaralanıb

KepezTV Player

Ermənistan hərbi birləşmələrinin növbəti dəfə ağır artilleriyadan Tərtər şəhərini intensiv atəşə tutması səbəbindən bu gün səhər saat 8 radələrində dövlət qurumlarının inzibati binalarının yaxınlığına top mərmisi düşüb. Nəticədə 7 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanalara yerləşdirilib. Mülki infrastruktur obyektlərə külli miqdarda ziyan vurulub. Baş prokurorluğun məlumatına görə, hazırda döyüş şəraitində mümkün olan bütün istintaq əməliyyat tədbirləri həyata keçirilir.