• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2372
— 30.09.2020 08:22

Yeni cəbhə - "virtual"

Ötən 30 ilə yaxın müddətdə biz dəfələrlə erməni təxribatının şahidi olmuşuq. Hər dəfəsində fərqli formada təzahür edən bu vəziyyət artıq nə xalqımız, nə də dünya ictimaiyyəti üçün təəccüblüdür. Çünki sözügedən addımın riyakar qonşumuzun dırnaqarası siyasətinin bir hissəsi olduğu indi hər kəsə bəllidir.

Amma hadisələrin gedişatı onu deməyə əsas verir ki, işğalçı dövlət üçün nə vəziyyətin gərginliyi, nə də qəlizliyi önəm daşıyır. Təxribat xarakterli atılan addımlar çox keçmir ki, özünü sosial şəbəkələrdə də büruzə verir. Nəhayətində, dezinformasiyaların yayılmaması və məxfi məlumatların ötürülməməsi üçün Azərbaycanda internetə müəyyən məhdudiyyətlər qoyulur.

Həssas dönəmdə İT mütəxəssislər hər kəsi mümkün qədər ehtiyatlı davranmağa səsləyir.

Hazırda elektron medianın da bir növ savaş meydanı olduğunu bildirən millət vəkili məsələylə bağlı ciddi mesaj verdi.

İnternet resurslarının geniş imkanlar açdığı bir dönəmdə doğruluğuna şübhə etmədiyimiz, rəsmi mənbələrdən qələbə xəbəri almaq diləyi ilə...