• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1790
— 30.09.2020 08:29

Prezident İlham Əliyev “60 dəqiqə” proqramında sualları cavablandırıb

KepezTV Player

“Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan veriliş efirə gedib. Verilişdə Azərbaycan Prezidenti İlham Əliyev cəbhədə baş verənlərlə bağlı vəziyyəti dəyərləndirərək Ermənistanın təxribatını bir daha ifşa edib. Dövlət başçısı qeyd edib ki, ermənilərin sentyabrın 27-də səhər başladıqları hərbi təxribat nəticəsində Azərbaycanın yaşayış məntəqələri və bizim döyüş mövqelərimiz şiddətli artilleriya atəşinə məruz qalıb. Bu təcavüz nəticəsində Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olub, hərbi qulluqçular arasında da həlak olanlar var. Biz təcavüzkara adekvat cavab verməyə və beləliklə, öz xalqımızı, öz adamlarımızı və torpağımızı müdafiə etməyə məcbur idik. Prezident İlham Əliyev aparıcının Türkiyənin rolu ilə bağlı sualını da cavablandırıb. Qeyd edib ki, Türkiyə bizimiz qardaşımız və müttəfiqimizdir. Lakin guya Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı bütün şayiələr təxribat xarakteri daşıyır.