• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1974
— 30.09.2020 08:28

Ermənistan ordusunun mövqeləri darmadağın edilib

KepezTV Player

Azərbaycan Ordusunun artilleriya zərbələri nəticəsində Tərtər rayonunun Həsənqaya yaşayış məntəqəsi yaxınlığında yerləşən Ermənistan silahlı qüvvələrinin 5-ci motoatıcı alayının 1-ci taboru və Talış istiqamətində yerləşən 6-cı motoatıcı alayının 1-ci taborunun mövqeləri dağıdılıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ağır itkilərə məruz qalan düşmən ölən və yaralıların evakuasiyasını təşkil etmək üçün nəqliyyat vasitələri tapmaqda çətinlik çəkir.