• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2142
— 29.09.2020 20:36

Yurd həsrətinə son qoyulur

KepezTV Player

30 ilə yaxındır birinci Qarabağ döyüşləri zamanı erməni daşnaklarının hücumuna məruz qalan soydaşlarımız dədə-baba yurdlarından didərgin düşərək ölkəmizin müxtəlif bölgələrində müvəqqəti sığınacaq tapıb. Torpaq həsrəti ilə yaşayıb geri dönəcəkləri günü səbirsizliklə gözləyənlər artıq həsrətinin sona yetəcəyinə əmindirlər. Gəncədə dövlətin hərtərəfli qayğısı ilə əhatə olunan bu kateqoriyadan olan insanlar ordumuzun mübarizəsində zəfərin əldə ediləcəyinə əmindirlər.

Gəncədə məcburi köçkünlər üçün salınan qəsəbədə yaşıyan 67 yaşlı Səkinə Həsənova ömrünün 25 ilini hərbi tibb bacısı kimi yaşayıb. Xankəndidən olan xanım ailə üzvləriu ilə birgə cəbhə xəttindən gələn xəbərlərin sevincini yaşayır. Çünki yaşanan torpaq həsrətinin sona yetəcəyinə əmindirlər.

Səkinə Həsənova məcburi köçkün: 1988-ci iləd evimiz, əmlakımız erməni işğalçıları tərəfindən yandırıldı, özümüz qovulduq və heç nəyimiz olmadan Ağdam şəhərinə gəldik. 1992-ci ilə kimi orada yaşadıq. Ağdam şəhəri işğal olandan sonra çox yerlər gəzdik və axırda Gəlib Gəncədə məskunlaşdıq.

Ürəyi doğma dədə-baba yurdunda qalan Səkinə Həsənova Xankəndiyə qayıdacağı günü səbirsizliklə gözləyir.

Səkinə Həsənova məcburi köçkün: Allah ordumuzun gücünə qüvvət versin ki, belə bir günü bizə qismət etdi. 30 ildir ki, biz bu günü həsrətlə gözləmişik. Əgər vətənin, dövlətimizin, əsgərlərimizin mənim köməyimə ehtiyac olarsa bu gün də mən hazıram. Lap ön cəbhəyə getməyə, iş yerimə qayıtmağa hazıram. Qələbəmizi burada ümidlə gözləyirik.

Qələbəni səbrsizliklə gözləyənlər sırasında Fuzulidən olan Quliyevlər ailəsi də var.

Səhər Quliyev məcburi köçkün: Mən Fuzuli şəhərindənəm. 30 ildir ki, torpağımız işğal altındadır. Bu dəqiqə döyüşlər gedir istəyirik ki, tezliklə torpaqlarımız alınsın, həmin torpaqlara gedək.

Novruz Şahverdiyev məcburi köçkün: 1993-cü ildə Erməni işğalçıları tərəfindən Kəlbəcər rayonu işğal olunandan sonra köçkün düşmüşük. Bu günkü günü səbirsizliklə gözləyiridik. Çünki biz nə qədər vətən həsrəti ilə yaşıyaq. Ordumuzla fəxr edirik. Hər an 50 yaşım olmağıma baxamayaraq hazıram. İki oğlum var. Biri 2016-cı ildə aprel döyüşlərində iştirak edib. İkinci oğlumda hərbini qurtarıb, Lələtəpədə bayrağımızı qoruyubdu. Bu gün oğullarım hərbidədir, döyüşürlər. Əminəm ki, dədə baba torpaqlarımızı tezliklə görəcəyik. Hər zaman biz ordumuzunda dövlətimizin arxasındayıq.

Qənirə Mehdiyeva məcburi köçkün:Laçın rayonundanam. 21 avtomat gülləsi dəyib mənim bədənimə, 4 şəhid vermişəm. Allah bizim öz vətənimizi özümüzə qaytarsın.

Qələbə sevinci yaşamağın çox yaxında olduğuna əmin olan məcburi köçkünlər güclü ordumuzun bu şərəfli missiyanı ləyaqətlə yerinə yetirəcəyini deyirlər. Çünki artıq səbr kasası daşan dövlətin mübariz nümayəndələri 30 illik işğalın dayandırılması və ədalətin zəfər çalması uğrunda mübarizə aparırlar.

Elnur Vahidoğlu