• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1297
— 29.09.2020 20:32

Düşmənin artilleriya atəşinə tutduğu rayonda vəziyyət

KepezTV Player

Sentyabrın 28-dən 29-na keçən gecə bütün cəbhə boyu gərgin döyüşlər davam edib. Səhər saatlarından etibarən Ermənistan ərazisindən Azərbaycanın Daşkəsən rayonunun ərazisi artilleriya atəşinə tutulub. Düşmən cavab atəşi ilə susdurulub. Hazırda mövcud vəziyyət ordumuzun nəzarəti altındadır. Atəş səsləri eşidən yerli sakinlər heç nədən çəkinmir, böyük ruh yüksəkliyi ilə ordumuzun qələbə xəbəri verəcəyini gözləyir. Hazırda rayonun təmas xəttinə yaxın yerləşən kəndlərində həyat öz axarı ilə davam edir.

Rizvan Quliyev sakin:Hər şey qayadasındadır. Əvvəlki kimi hamı öz işi ilə məşğuldur. Biz qarşı tərəfdə olan düşmənlərdən heçdə qorxumuruq çəkinmirik. Biz ordumuza və Ali Baş Komandanımıza güvənirik. İnşallah qələbə bizimlədir. Heç bir problemimiz yoxdu.

Mürvət Məmmədov sakin: Kəndimizi mənfur düşmənlər atəşə tutub. Ancaq bizdə heç bir qorxu yoxdur. Ruh yüksəkliyi ilə kəndimizdə yaşayırıq. Ordumuza kömək etməyə hazırıq. Yumruq kimi birləşib prezidentimizin arxasında kömək olmalıyıq.

Elçin Qurbanov sakin: Düşməndən qorxmaq lazım deyil. Düşmən hər zaman zəifdir. Düşmən hər zaman gücsüzdür. Biz onlardan güclüyük. Ordumuzda bu günləri onu sübüt edir. Hamımız prezidentimizin əhatəsində sıx birləşib öz ordumuza, dövlətimizə dəstək çıxmalıyıq. Hamı yerindədir. Şəxsən mən öz torpağımda yerimdəyəm. Hər şey öz qaydasındadır.