• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1683
— 29.09.2020 12:03

Yeni avtomobil tuneli inşa edilir

KepezTV Player

Tovuz sakinləri üçün yol sarıdan təhlükə aradan qaldırılır. Bakı-Böyük Kəsik dəmir yolunun Tovuz şəhəri Rövşən Məmmədov küçəsindən keçən hissəsində dəmiryolu xəttinin altından yeni avtomobil tunelinin inşasına başlanılıb. Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, hazırda tikinti ərazisində torpaq işləri, yolun genişləndirilməsi üçün söküntü və kommunikasiya xətlərinin köçürülməsi, həmçinin svayların vurulması aparılır.