KepezTV Player
Təhsil Nazirliyi məktəblərdə dərslərə davamiyyətlə bağlı açıqlama yayıb. Cəbhə bölgəsində yerləşən 468 məktəbdə hərbi əməliyyatlar səbəbindən həftəlik dərs cədvəllərinə dəyişiklik olunub. Bölgələrdəki ümumi təhsil müəssisələrində əyani formada təhsil davam edir. Distant dərslərə gəldikdə isə, ölkə üzrə internetin verilməsində məhdudiyyətlərin tətbiq edilməsi səbəbindən fasilələr var. Şagirdlərə hazırkı vəziyyətdə “Mədəniyyət” və “Arb Günəş” televiziya kanalları vasitəsilə yayımlanan və bütün fənləri əhatə edən teledərsləri izləmək tövsiyə olunur.
- Baxış: 141