• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1335
— 29.09.2020 09:56

Boş qalan yerlərə ixtisas seçimi sabah yekunlaşır

KepezTV Player

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta təhsil bazasında kolleclərə qəbul olmaq üçün ixtisas seçimi sabah saat 23:59-da başa çatacaq. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin boş qalan yerlərə və kolleclərə qəbul üçün keçirilən müsabiqədə iştirak hüquqları yoxdur. Abituriyentlər ərizələrində ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisaslarla yanaşı, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarının kodlarını da göstərə bilərlər.