• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1596
— 29.09.2020 09:59

Cəbrayıl sakininin xəsarət alması ilə bağlı cinayət işi başlanıb

KepezTV Player

Cəbrayıl sakininin xəsarət alması ilə bağlı cinayət işi başlanıb. Baş Prokurorluqdan verilən məlumata görə, ötən gün saat 18 radələrində Cəbrayıl rayonu, Cocuq Mərcanlı kənd sakini, 14 yaşlı Həziyev Hilal İlqar oğlu kənd ərazisində qoyun otararkən erməni silahlı qüvvələrinin açdığı atəş nəticəsində baş nahiyəsindən qəlpə yarası xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. Fakta görə Cəbrayıl rayon prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə iş başlanıb. Hazırda prokurorluq əməkdaşları hadisə yerində döyüş şəraiti nəzərə alınmaqla mümkün olan bütün istintaq-əməliyyat tədbirlərini həyata keçirirlər.