• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1874
— 28.09.2020 22:37

Ombudsman hadisə yerində olub

KepezTV Player

Ombudsman Səbinə Əliyeva Ermənistan silahlı qüvvələrinin mülki əhalinin yaşadığı Qaşaltı kəndini atəşə tutması nəticəsində dinc sakinlərin həlak olduğu əraziyə, habelə ağır artilleriya atəşi ilə dağıdılan evə baş çəkərək vəziyyətlə yerində tanış olub və mülki əhali ilə görüşüb.Ermənistan silahlı qüvvələrinin insanların sıx yaşadığı yerləri və obyektləri intensiv şəkildə atəşə tutması nəticəsində mülki əhali və hərbi qulluqçular həlak olub və yaralanıb, çoxsaylı evlərə və mülki obyektlərə ciddi ziyan dəyib.