• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1987
— 28.09.2020 22:31

Mülki şəxslər arasında tələfat var

KepezTV Player

Bu gün saat 19 radələrində Tərtər rayonu Şıx arx qəsəbəsində yerləşən əlillər və məcburi köçkünlər üçün inşa edilən çoxmənzilli yaşayış binasının həyətinə top mərmisinin atılması atılıb. Nəticəndə Tərtər rayon sakinləri 39 yaşlı Xaliq Abbasov və onun qardaşı 33 yaşlı Asif Abbasov həlak olublar, 36 yaşlı Seymur Məmmədov, 31 yaşlı Faiq Mahmudov isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdiriliblər. Faktla bağlı Tərtər rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Məlumatı Baş Prokurorluğunun Mətbuat xidməti yayıb.