• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2152
— 28.09.2020 22:43

Xalq orduya güvənir

KepezTV Player

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti, eləcə də Təhlükəsizlik Şurasının iclasında ordumuzun düşmənə vurduğu sarsıdıcı zərbə, strateji əhəmiyyətli yaşayış məntəqələri və yüksəklikləri azad etməsi barədə söylədiyi fikirlər Şəmkir sakinləri arasında böyük ruh yüksəkliyi yaradıb. İndi rayonda istər gənclər, istərsə də yaşlı nəslin nümayəndələri qələbə gününün uzaqda olmadığına əmindir. Vətəndaşlar dövlət tərəfindən verilən qərarları rəğbətlə qarşılayır və ordumuza inam ifadə edirlər.

Bilal Məmmədov Şəmkir sakini: Bizim ordumuzun əks hucuma başlaması Azərbaycan xalqının ürəyindəndir. Xalq bu günü çoxdan gözləyir. Azərbaycan ordusu dünən çox böyük uğurlar qazanıb. Orudnun bu naliyyəti xalqı sevidnirir. Mən Şəmkir rayon əhalisinin arasındayam. Əhali ordunun, dövlətin, türk dünyasının mövqeyini dəstəkləyir.

Fuad Bədəlov keçmiş döyüşçü: Mənfur ermənilər özlərinin havadarları vasitəsi ilə o torpğı aldı. Mən bir köhnə döyüşçü kimi bunu tam səmimi deyirəm. Ermənilər buna qadir bir xalq deyil. 2016-cı ilin müharibələri bunu açıq şəkildə göstərdi. İndidə tam aydın şəkildə biruzə verir. Dinindən dilindən və mənsubiyyətindən asılı olmayaraq hər bir kəs ordumuzun arxasında olmalıdır.

Rövşən Əmiraslanov Şəmkir sakini: Sizi əmin etmək istəyərəm ki, cənab Ali baş Komandanımızın rəhbərliyi altında cəsarətli addımlar nəticəsində biz o torpalarımızı azad edəcəyik. Şuşada Kəlbəcərdə Laçında və digər tapda qaltınd aolan torpaqlarımızı azad edib şanlı üçrəngli bayrağımızı oradalarda dalğlandıracağıq. Buna heç kimin şübhəsi olmasın. Cənab Ali baş Komandan deidyi kimi Qarabağ Azərbaycandır!

Qafar Vəliyev Şəmkir sakini: Dünəndən sevincimizin həddi hüdudu yoxdur. İnsanlarda böyük ruh yüksəkliyi var. Hamı müharibəyə getmək istəyir. Arzu edirik qələbə xəbərini tez eşidək. Biz Azərbaycan xalqını təbrik edək. Bizim çoxdan arzumuz olub biz Şuşanı Xankəndini görək Allah bunu bizə qismət etsin.

 

Rəşadətli Azərbaycan ordusu tərəfindən düşmən mövqelərinə sarsıdıcı zərbələrin endirilməsi, xeyli sayda hərbi texnika və canlı qüvvənin məhv edilməsi Samux sakinləri tərəfindən də sevinclə qarşılanır. Cəbhə xətti  boyunca müxtəlif istiqamətlərdə düşmənin müdafiə istehkamını dağıdan ordumuzun xeyli irəliləyərək strateji əhəmiyyətli bir neçə yaşayış məntəqələrini ələ keçirməsi sakinlər tərəfindən qələbənin uzaqda olmadığına əminlik yaradıb.

Elnurə Nağıyeva Samux sakini: Cənab Ali Baş Komandınımızın əmri ilə rəşadətli Azərbaycan ordusunun növbəti Erməni təxribatının qarşısını almaq məqsədi ilə cəbhənin bütün istiqamətlərində aparılan iri miqyaslı hərbi əməliyyatlar hər bir Azərbaycan vətəndaşı tərəfindən rəğbətlə qarşılanır. Biz inanırıq ki 30 ilə yaxın düşmən tapdağı altında inləyən əzəli, əbədi torpaqlarımız yaxın müddətdə azad olunacaq.

Jalə Nəsibova Samux sakini: Məncə yaxşı bir mövqeydəyik. Ümid edirəm son nəticəmiz çox yaxşı olacaq. Biz hər zaman bayramlarda təbrik mesajı verəndə Şuşada Qarabağda keçirməyi arzulayırıq. Ümid edirəm artıq bu bayramları keçirməyimzə çox az qalıb.

Etibar Məmmədli Xocalı sakini: Bu gün həqiqətən çox sevinirəm. 30 ilə yaxındı gözlədiyimiz an gəlib çatdı. Bu bir neçə kəndlərin azad olunması qələbənin bir addım daha yaxın olmasından xəbər verir. Mən özümdə bir gən vətəndaş kimi Ali Baş Komandanımızın bütünlüklə səfərbərlik əmrini gözləyirəm. Elan olunsun ön xəttdə xidmət aparaq.

Bəsti Mahmudova Samux sakini Bizim üçün düzdü müharibənin adı ağırdı. Müharibə sözündə həmişə göz yaşları olub. Amma bizim bu göz yaşlarımız sevinc göz yaşlarıdır. Biz istərdik bu göz yaşlarını Qarabağın çiçəklənən torpaqlarında tökək. Azərbaycan xalqı tapdağ altınd aolan torpaqlarını azad etsin. Biz həmişə öz əsgərlərimizin arxasında dayanırıq.

Natiq Hüseyn