• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1231
— 28.09.2020 22:41

Ermənistan ordusu general və iki polkovnikini itirdi

KepezTV Player

Ermənistan Silahlı Qüvvələri Baş Qərargah Kəşfiyyat Müdirliyinin başçısı, general-mayor Arakel Martikyan təmas xəttində partlayış nəticəsində ölüb.

Ermənistanın sosial media səhifələrində məlumat yayılan məlumata görə, bundan başqa Ermənistan ordusu daha iki yüksəkrütbəli zabitini itirib. Xüsusi Təyinatlı Briqadanın komandiri, polkovnik-leytenant Vardanyan Lernik Aregi və Ağdərə istiqamətində isə Ermənistan ordusunun polkovniki Nikolay Mikaeloviç Aykyan ordumuz tərəfindən məhv edilib.