• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1506
— 28.09.2020 18:35

Distant təhsilin televersiyası

KepezTV Player

Təhsil Nazirinin verdiyi məlumata görə Respublikanın cəbhə bölgəsi olmayan bölgələrinin təhsil müəsisələrində əyani formada dərslər uyğunlaşdırılmış cədvəl üzrə davam etdirilir. Ancaq ölkə üzrə internetin verilməsində məhdudiyyətlərin tətbiq edilməsi səbəbindən orta məktəblərdə distant təhsilin keçirilməsində problemlər yaranıb. Bu problemlərin aradan qaldırılması istiqamətində addımlar atılır.

Pandemiya qaydalarına görə, sentyabırın 15-dən başlayaraq Gəncədə də əyani dərslər həftənin üç günü keçilir.  Təyin olunan qrafikə görə siniflər iki yerə bölünüb və dərslər sosial izalyasiya qaydalarına uyğun təşkil edilir. Məktəbə gələn şagirdlər isə ara məsafəsi gözlənilərək hərarəti yoxlanılaraq siniflərə daxil olur. Şagirdlər isə ara məsafəsi 1 metrdən az olmayaraq əyləşdirilib. Hərbi vəziyyətin elan edildiyi bu gündən etibarən də dərslər təyin edilən qaydada davam edir.

Anar Qədiməliyev Təhsil İdarəsinin müdiri: Gəncə şəhərində həftədə üç dəfə üzbəüz dərslər var. Bunlar öz qaydasın da davam edir. Heç bir sıxıntımız yoxdu. Bütün şagirdlər məktəblərdə cədvəllərinə uyğun dərsə gəlirlər. Burada bizim problemimiz yoxdu.

 

Ancaq mövcud vəziyyətlə bağlı olaraq internetin verilməsində müşahidə edilən məhdudiyyətlər dərslərin distant formada tədrisinə də təsirsiz ötüşməyib.

Anar Qədiməliyev Təhsil İdarəsinin müdiri: Bu problemləri biz teledərslərlə əvəzləyirik. Teledərslər hər gün proqrama uyğun şəkildə keçilir. Teledərslərdən ciddi şəkildə yararlansınlar, biz bütün məktəb rəhbərliklərinə tapşırıq vermişik ki, üzbəüz dərslər zamanı teledərslərdən sinxironlaşdırma etsinlər. Uşaqların tele dərslərdə hər hansı bir sualları yaranarsa üzbəüz dərs zamanı həmin suallara cavab tapa bilsinlər. Onlayn dərslərin olmaması xüsusi bir problem yaratmıyacaq. Çünki teledərslər hamının əl çatanlığını təmin edir.

Distant dəsrlərdən yararlanmaq imkanının olmaması şagirdlərin tədrisdən geri qalması anlamına gəlmir.

Bəhrəm İmranov 5 nömrəli orta məktəbin direktoru: İnternetin neçə gündən sonra olacağı da bizə məlum deyil. Bilirsiz ki, hərbi rejim elan olunub və bu müddətdə ola bilsin ki, xeyli çəksin, ona görə də biz belə qərarlaşdırdıq ki, dərslərin keçilmə keyfiyyətini də bir az artıraq və alt həftə üst həftə anlayışı var. Dediyi dərs saatından ola bilər artıq işləyə biləcəklər və onun əvəzində distant təhsili keçməyib məktəbdə bir az artıq işləyəcəklər.

Elmira Əsgərova müəllim: Ancaq ötən gün əmir verilib və bu qayda internet bağlanıb, biz dərsi keçə bilməmişik. Keçilən mövzunu əyani dərslərimizdə tənzimliyib şagirdlərə izah edəcəyik.

Gəncənin 45 orta məktəbində 42 mindən artıq şagird təhsil alır ki, ilkin mərhələdə onlardan 18 mini ibtidai təhsil səviyyəsində tədrisə cəlb edilib.

Elnur Vahidoğlu