• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1053
— 28.09.2020 18:30

Nazirlik internet istifadəçilərinə müraciət edib

KepezTV Player

Ermənistanın törətdiyi təxribat nəticəsində cəbhədə vəziyyətin gərginləşdiyinin, qarşı tərəfdən törədilən təxribatların artdığının şahidi oluruq. Bu təxribatlar, həmçinin kibermühitdə də davam etdirilir. Belə ki, son vaxtlarda ölkəmizin sosial şəbəkə istifadə hesablarına, şəbəkə qurğularına – router və ya modemlərinə kütləvi hücumlar edilir, insanlar arasında dezinformasiya yaymaqla qorxu və ya təşviş yaratmağa cəhdlər edilir.

Bu barədə Nəqliyyat, Rabitə və yüksək Texnologiyalar Nazirliyinin açıqlamasına bildirilir. Vətəndaşlar mövcud vəziyyətdə ayıq davranmağa və sadə kibertəhlükəsizlik qaydalarına əməl etməyə çağrılır.Sosial mediada qarşınıza çıxan, telefonunuza, e-poçtunuza tanımadığınız şəxslər tərəfindən göndərilən heç bir keçidə daxil olmayın, yaxud hər hansı faylı və ya tətbiqi yükləməyin.

Tanımadığınız nömrələrdən gələn mesajlara və zənglərə etimad etməyin və cavab verməyin.Sosial şəbəkə hesablarınızın təhlükəsizliyini qoruyun. İki faktorlu təsdiqləmədən və güclü parollardan istifadə edin.