KepezTV Player
Qardaş Azərbaycanın yanındayıq. 30 ildir münaqişənin həllində heç bir iş görməyənlər indi bəyanat verir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, bəzi qüvvələr iddia edir ki, Türkiyə ordusu münaqişə zonasında iştirak edir, Azərbaycana silah yardımı edir. Elə düşünürlər ki, Azərbaycan onlara hesab verməlidir. Bildirib ki, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməsillə bölgdə sülh və əminamanlıq bərpa oluna bilər.
Türkiyə Müdafiə naziri Hulusi Akar isə deyib ki,Ermənistan eyni zamanda xarici dövlətlərdən gətirdikləri muzdlu döyüşçüləri və terroristləri öz dövlətlərinə geri göndərməlidir. Türkiyə bunu tələb edir.
- Baxış: 139