• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1971
— 28.09.2020 13:58

Bakı aeroportu fəaliyyətini məhdudlaşdırıb

KepezTV Player

Azərbaycan ərazisində hərbi vəziyyətin elan edilməsi ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportu müvəqqəti olaraq məhdud iş rejiminə keçir. Bununla əlaqədar, "Azərbaycan Hava Yolları"nın Bakı-Naxçıvan-Bakı istiqamətində 30 sentyabr da daxil olmaqla ayın axırınadək nəzərdə tutulan bütün reysləri dayandırılıb. Eyni zamanda, AZAL aviaşirkətinin 1 oktyabr tarixinə nəzərdə tutulan Bakı-London-Bakı, həmçinin 2 oktyabr tarixinə nəzərdə tutulan Bakı-Berlin-Bakı istiqamətində aviareysləri ləğv edilib. AZAL aviaşirkətinin ləğv edilən reyslərinin sərnişinləri aviabiletlərini cərimə ödənilmədən digər tarixlərə dəyişə və ya ödənilmiş vəsaiti geri ala bilərlər.